Binəqədi Rayon İcra Hakimiyyəti və Bakı Humanitar Kollecinin birgə təşəkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirildi.
10 dekabr 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Bakı Humanitar Kollecinin birgə təşəkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctmai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev və şöbənin əməkdaşı Leyla Quliyeva, Bakı Humanitar Kollecin direktoru Nərmin Qaralova, 276 nömrəli tam orta məktəbin əməkdar tarix müəllimi Elxan Quliyev, kollecin pedaqoji kollektivi və gənclər iştirak etdilər.
Tədbir ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olundu.
Tədbiri giriş nitqi ilə açan Nərmin Qaralova tədbir iştirakçılarını salamlayaraq, Ulu Öndər Heydər Əliyevin həm sovet dövründə respublikamıza rəhbərliyi zamanı, həm də müstəqillik illərində Azərbaycanda böyük iqtisadi inkişafa nail olduğunu vurğuladı. Azərbaycanın dövlət müstəqilliyinin bərpası, ölkəmizdə siyasi sabitliyin yaranması, azərbaycançılıq ideologiyasının yaranması və inkişafı, respublikamızın dünya birliyinə inteqrasiyası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısnın müavini Sevinc Süleymanova çıxışında tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və böyük şəxsiyyət kimi daxil olan Ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolundan, Vətən qarşısında xidmətlərindən danışaraq, Ulu Öndərin Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğısından söhbət açdı. Natiq əlavə etdi ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 30 ilə yaxın işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Ali Baş Komandanın yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan bu gün regionda lider ölkəyə çevrilib.
Daha sonra geniş məruzə nitqi ilə çıxış edən 276 nömrəli tam orta məktəbin əməkdar tarix müəllimi Elxan Quliyev Ulu Öndərin siyasi hakimiyyətdə olduğu illərdə həyata keçirilən quruculuq, abadlıq işlərindən, müstəqil Azərbaycanın qurulması sahəsində göstərdiyi xidmətlərdən danışdı və qeyd etdi ki, Azərbaycan xalqı, müstəqil Azərbaycan dövləti durduqca, yaşadıqca Ulu Öndərin əziz xatirəsi daim yaşayacaq. Ölkəmizə rəhbərlik etdiyi illər ərzində Ulu Öndər daim ölkəni irəliyə aparmaq, lider bir dövlətə çevirmək uğrunda çalışıb. E.Quliyev bildirdi ki, xidmətləri ilə öz adını Azərbaycan tarixinə əbədi həkk etmiş dahi siyasi xadim- həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini qədirbilən xalqımız daim böyük minnətdarlıq hissi və ehtiramla yad edir.
Tədbirin sonunda kollecin III kurs tələbəsi Fatimə Bağırzadənin ifasında “Ulu bir Sərkərdə, Ulu bir Öndər” şeiri, kollecin müəllimi Yaqut Xəlilzadənin ifasında “Sən elə bir zirvəsən” mahnısı səsləndi.