Binəqədi Rayon İcra Hakimiyyəti və Biləcəri qəsəbə Bələdiyyəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına İdman Sarayı-Konsert Kompleksində 1 İyun-“Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş əyləncəli bayram tədbiri təşkil edildi
Binəqədi Rayon İcra Hakimiyyəti və Biləcəri qəsəbə Bələdiyyəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına İdman Sarayı-Konsert Kompleksində 1 İyun-“Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş əyləncəli bayram tədbiri təşkil edildi.
Tədbirdə şəhid və qazi ailələrinin övladları, qəsəbə ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlər iştirak etdilər.
Tədbir zamanı uşaqlar buz meydançasında maraqlı vaxt keçirdilər və İdman Sarayı-Konset Kompleksində mövcud olan digər oyun növlərindən istifadə etdilər.
Biləcəri qəsəbə Bələdiyyəsinin sədri Fərid Cəfərov uşaqları bayram münasibətilə təbrik etdi. Şəhid ailələri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.