Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun tədbiri keçirildi

06 avqust 2022 | 13:59

06.08.2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun icrası istiqamətində tədbirlərin gücləndirilməsi və bu sahədə maarifləndirilmə işinin aparılması məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun tərkibində yaradılmış işçi qrupun üzvlərinin iştirakı ilə görüş keçirildi.

Görüşdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini və Binəqədi Rayon İcra Hakimiyyəti yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun sədri Sevinc Süleymanova məişət zorakılığı ilə mübarizə istiqamətində müdafiə mexanizminin gücləndirilməsi və təcrübi biliklərin artırılması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütamadi olaraq təlimlərin keçirildiyini vurğulayaraq, gələcəkdə aşkar ediləcək zorakılıq halları ilə bağlı Qrup üzvlərinin bir-biri ilə əlaqəsinin, informasiya mübadiləsinin və müraciətlərə çevik reaksiya verilməsinin təmin olunması məqsədilə “WhatsApp” qrupun yaradılmasının məqsədəmüvafiq hesab olunduğunu bildirdi və Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi üzrə nümayəndəliklərinə və rayon ərazisində fəaliyyət göstərən bələdiyyələrə məişət zorakılığına məruz qalmış şəxslərin dövlət qurumlarına müraciətlərinin əlçatanlılığının təmin olunması məqsədilə tədbirlər görülməsini tövsiyə etdir

Görüş monitorinq qrupu üzvlərini maraqlandıran məsələlər ətrafında disskusiya formasında davam etdi.

https://qafqazinfo.az/news/detail/bineqedide-gender-zorakiligi-ile-bagli-tedbir-kecirildi-fotolar-371996

https://www.azerbaycan24.com/bineqedide-gender-zorakiligi-ile-bagli-tedbir-kecirildi-fotolar/

https://yenixeber.az/bineqedi-rayonunda-gorus-kecirilib-foto-60308

https://azerforum.com/az/bineqedide-gender-zorakiligi-ile-bagli-tedbir-kecirildi

https://azxeber.com/az/bineqedi-rayonunda-grus-kecirilib-foto/sosial/test

Keçidlər