Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura üzvlərinə vəsiqələr təqdim olunub

13 iyul 2022 | 19:18

13 iyul 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Sevinc Süleymanova dövlət qurumları yanında yaradılan ictimai şuraların əhəmiyyətini vurğulayaraq qeyd edib ki, əsas məqsədi həmin yerli icra hakimiyyətlərinə dəstək olmaq, yerlərdə olan müraciətləri araşdırmaq, problemin birgə həlli yolunu tapmaqdır. Dövlət qurumlarının fəaliyyətində məhsuldarlığın, eləcə də şəffaflığın və hesabatlılığın artırılmasında İctimai Şuraların səmərəli ictimai nəzarət mexanizminin gücləndirilməsi mütləqdir. Bu istiqamətdə görüləcək işlərdə Şura üzvlərini fəal olmağa çağıran Sevinc Süleymanova onlara fəaliyyətlərində uğurlar arzu edib.

Daha sonra İctimai Şura tərəfindən görüləcək işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Sonda İctimai Şura üzvlərinə yeni üzvlük vəsiqələri təqdim edilib.

https://ictimaishura.az/details/az/6652

Keçidlər