Binəqədi Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirildi
26 aprel 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın üzvləri ilə görüş keçirildi.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın sədri Aslan Mehdiyev və Şuranın üzvləri, eyni zamanda rayonda fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Görüşün məqsədi xidmət sahələri ilə İctima Şura arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkil edilməsi oldu.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olundu.
Sonra İctimai Şuranın sədri Aslan Mehdiyev qarşıya qoyulmuş vəzifələr və onların icrası üçün hazırlanmış fəaliyyət planı haqqında məlumat verdi.
Daha sonra Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev çıxış edərək Şuranın fəaliyyətinin səmərəli təşkili məqsədi ilə zəruri məlumatların əldə edilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, eyni zamanda ictimai iştirakçılıq tələb edən məsələlər üzrə məsləhətləşmələrin aparılması baxımından görüşün əhəmiyyətli olduğu vurğuladı.
Sonda xidmət sahələrinin rəhbərləri ilə İctimai Şura üzvləri arasında fəaliyyət planına uyğun müzakirələr aparıldı, təkliflər dəyərləndirildi.