Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətində 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirildi

25 noyabr 2022 | 14:59

25 noyabr 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirildi.

İclasda Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİH başçısı Aparatının şöbə müdirləri, Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin, idarə və müəssisələrin rəhbərləri iştirak etdilər.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Leysan Məmmədovun sədrliyi ilə keçirilən müşavirədə payız-qış mövsümündə hava şəraitinin kəskin dəyişəcəyi zaman hər bir təşkilatın konkret fəaliyyətini müəyyən edən "Tədbirlər planı” müzakirə olundu.

Müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı Aparatının Təsərrüfat şöbəsinin müdiri Azər Kərimov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev çıxış edərək müvafiq müəssisələrdəki vəziyyət haqqında ətraflı məlumat verərək rayon təsərrüfatının payız-qış mövsümündə normal fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini, bütün təsərrüfat subyektlərində qışa hazırlığa dair təxirəsalınmaz tədbirlərin görülməsi barədə tövsiyyə və tapşırıqları nəzərə çatdırdılar və bu işlərin şəhər üzrə yaradılmış Qərərgah tərəfindən koordinasiya olunduğunu  bildirdilər.

Müşavirədə mövsümə hazırlıq məsələləri ilə bağlı aparılan ilkin yoxlamalar zamanı çatışmazlıqların aradan qaldırılması və payız-qış mövsümündə rayonun ərazisinə nəzarətin gücləndirilməsi məqsədilə hər bir ərazi üzrə cavabdeh məsul şəxslərə müvafiq tapşırıqlar verildi.

İclasın sonunda rayon təsərrüfatının 2022-2023-cu ilin payız-qış mövsümünə hazırlığın yekununun vəziyyəti ilə əlaqədar müzakirələr və fikir mübadiləsi aparıldı. Müzakirələr zamanı  məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Keçidlər