Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətində “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda təlim keçirildi

20 may 2024 | 10:33

17 may 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda onlayn təlim keçirildi.

Təlimdə Bakı şəhəri və digər yerli icra hakimiyyətlərinin məsul əməkdaşları iştirak etdilər.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Müsahibələrin təşkili şöbəsinin aparıcı məsləhətçisi Kamran Səfərov təlimi giriş sözü ilə açaraq “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 1480 saylı 21 iyun 2017-ci il Fərmanında əksini tapmış qaydalar barədə ümumi məlumatları təlim iştirakçılarının diqqətinə çatdırdı.

Daha sonra Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Xədicə Əzimova müsahibə qrupu haqqında, müsahibə qrupunun tərkibi, müsahibə proqramının mərhələləri və digər məsələlər barədə təlim iştirakçılarına ətraflı məlumat verdi.

Sonda yerli icra hakimiyyətlərinin əməkdaşlarının dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları  ilə bağlı sualları cavablandırıldı.

Keçidlər