Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətində əməkdar hüquqşünas, III dərəcəli Dövlət Ədliyyə müşaviri (Ədliyyə general-mayoru), müharibə və əmək veteranı, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Binəqədi rayonu Ağsaqqallar Şurasının sədri, kino məsləhətçisi Akif Rəfiyevin 90 illik yubileyi münasibətilə görüş keçirildi

18 mart 2026 | 15:24

17 mart 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində əməkdar hüquqşünas, III dərəcəli Dövlət Ədliyyə müşaviri (Ədliyyə general-mayoru), müharibə və əmək veteranı, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Binəqədi rayonu Ağsaqqallar Şurasının sədri, kino məsləhətçisi Akif Rəfiyevin 90 illik yubileyi münasibətilə görüş keçirildi.

Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Binəqədi rayonu Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Rayon İcra Hakimiyyəti başçsının birinci müavini Hacıbaba Babayev, Rayon İcra Hakimiyyəti başçsının müavini-Ərazi təşkilat və ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçsı Aparatının Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Sabir Əliyev, İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nicat Allahverdiyev, Azərbaycan Ağsaqqallar Şurasının Mətbuat katibi Rafiq Rzayev iştirak etdilər.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxışında  qeyd etdi ki, Akif Rəfiyev Azərbaycan Respublikasının prokurorluq və hüquq-mühafizə orqanlarında uzunmüddətli səmərəli fəaliyyət göstərərək ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasında, dövlətçiliyimizin müdafiəsində böyük xidmətlər göstərib. Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini və Ədliyyə nazirinin müavini kimi bir sıra məsul vəzifələrdə çalışan Akif müəllim respublikamızda hüquq və ədliyyə sahəsinin inkişafına mühüm töhfələr vermiş, qanunçuluğun təmin edilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı fəaliyyətini yüksək səviyyədə həyata keçirib. Fəaliyyəti boyunca Akif müəllimin hüququn aliliyinin təmin olunması və cəmiyyətimizin inkişafı istiqamətində uzun illər ərzində göstərdiyi əmək fəaliyyəti xalqımızın ümummilli lideri Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ən yüksək dərəcədə qiymətləndirilib. Rayon İcra Hakimiyyətinin başçısı Akif müəllimi 90 illik yubiley münasibətilə təbrik edərək ona can sağlığı, gələcək işlərində müvəffəqiyyətlər arzu etdi. 

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Binəqədi Rayon İcra Hakimiyyətində keçirilən görüşdən məmnunluğunu bildirərək, Akif müəllimi yubiley münasibətilə təbrik etdi. Ağsaqqallıq institutunun tarixindən söz açan natiq ağsaqqal sözünün, xeyir-duasının xalqımız tərəfindən həmişə yüksək qiymətləndirildiyini, ölkəmizdə ağsaqqalların hər zaman böyük nüfuz və hörmət sahibi olduqlarını, onların milli-mənəvi dəyərlərimizi yaşatmalı və gələcək nəslə ötürməli olduqlarını vurğuladı.   

Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev əmək fəaliyyətindən geniş söhbət açaraq hər zaman ağsaqqallara göstərilən yüksək diqqət və qayğıya görə rayon ağsaqqalları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirdi

Görüşün sonunda Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev rayonun ictimai həyatında və yubiley münasibətilə Rayon İcra Hakimiyyətinin başçısının imzaladığı Fəxri fərman və xatirə hədiyyəsi ilə təltif edildi.  

Sonda xatirə fotosu çəkildi.

Keçidlər