Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətində gənclərlə görüş keçirildi

02 fevral 2025 | 15:14

31 yanvar 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində gənclərlə 2 Fevral-Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçısının I müavini Hacıbaba Babayev, müavin Sevinc Süleymanova, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi rayonu üzrə gənclər və idman sektorunun müdiri Kamran Quliyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin müdiri Günel Həsənova və  elm, mədəniyyət, təhsil, səhiyyə, hərbi, ictimai, elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən rayon gəncləri iştirak etdilər.

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, müstəqilliyi, suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev gəncləri 2 Fevral-Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edərək qeyd etdi ki, gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev hər zaman  gənclərimizə böyük ümidlər bəsləyib, çıxışları zamanı və keçirdiyi görüşlərdə dəfələrlə qeyd edib ki, Azərbaycanın parlaq gələcəyi müasir düçüncəli gənclərin əlindədir. Dövlətin gənclər siyasəti bu gün Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə qədəm qoyub. Gənclərin hərtərəfli inkişafı, mükəmməl təhsil alması müxtəlif sahələr üzrə potensiallarının aşkar edilməsi, bacarıqlarının stimullaşdırılması üçün münbit şərait yaradılıb. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəal iştirakı ilə seçilir. Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin hərərəfli inkişafı üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Bu baxımdan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərimiz Azərbaycan gəncinin vətənpərvərliyini, gücünü, əzmini bütün dünyaya nümayiş etdirdi.

Çıxış edənlər gəncləri səmimi qəlbdən təbrik edərək onlara möhkəm cansağlığı, yüksək əhvali-ruhiyyə və ölkəmizin gələcək inkişafına naminə işlərində uğurlar arzuladılar.

Tədbirdə müxtəlif sahələr üzrə uğur qazanan rayon gəncləri çıxışlarında ölkəmizdə gənclərə göstərilən hərtərəfli qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.

Tədbirin sonunda rayonun ictimai həyatında fərqlənən bir qrup gəncə Fəxri Fərman və mükafatlar təqdim olundu.  

 

Keçidlər