Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Əlilliyi olan şəxslər üçün xidmətlərdən istifadə zamanı müyəssərliyin təmin olunması” mövzusunda təlim keçirildi

19 noyabr 2025 | 12:03

19 noyabr 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Əlilliyi olan şəxslər üçün xidmətlərdən istifadə zamanı müyəssərliyin təmin olunması” mövzusunda təlim keçirildi.

Təlimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, əməkdaşlar, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri və Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin Bakı filialında Əlilliyi olan şəxslər, şəhid ailələri, ahıl şəxslər sağlamlıq imkanları məhdud uşaqlar və aztəminatlı ailələrin soaial müdafiəsinin yaxşılaşdırılması sahəsində aparıcı mütəxəssis Hümbət Mustafayev  iştirak edirdilər.

Binəqədi Rayon icra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxışında qeyd etdi ki, ictimai həyatın müxtəlif sahələrində dövlət siyasətini həyata keçirən, vətəndaşların və cəmiyyətin xidmətində olan dövlət orqanlarının səmərəli fəaliyyət göstərməsi, ilk növbədə bu orqanlarda çalışan dövlət qulluqçularının yüksək peşəkarlığından və vəzifə borcunu məsuliyyətlə yerinə yetirməsindən asılıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır” sözləri hər bir dövlət qulluqçusu üçün başlıca fəaliyyət prinsipidir. Bu baxımdan Rayon İcra Hakimiyyətində vətəndaşların, xüsusilə əlilliyi olan şəxslərin müraciətlərinə həssaslıqla baxılması və bu sahədə fəaliyyətin yaxşılaşdırılması üçün alternativ formatlardan - anlaya, oxuya, eşidə  biləcəyi üsullardan, o cümlədən, audio materiallardan, brayl nəşr kimi materiallardan istifadə edilir. Eyni zamanda, bu həssas qrupdan olan vətəndaşların RİH-in inzibati binasına rahat gəlişinin təmin olunması məqsədi ilə məlumatverici lövhələrdən, panduslardan, bina daxilində lift xidmətindən, rahat yerdə gözləmə otaqlarından, interaktiv istiqamətverici elektron monitordan, e-köşklərdən istifadə üçün şərait yaradılmışdır.

“Əlilliyi olan şəxslər üçün xidmətlərdən istifadə zamanı müyəssərliyin təmin olunması” mövzusu haqqında ətraflı məlumat verən Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin Bakı filialında Əlilliyi olan şəxslər, şəhid ailələri, ahıl şəxslər sağlamlıq imkanları məhdud uşaqlar və aztəminatlı ailələrin soaial müdafiəsinin yaxşılaşdırılması sahəsində aparıcı mütəxəssis Hümbət Mustafayev qeyd etdi ki, müyəssərlik əlilliyi olan şəxslərin cəmiyyətdə müstəqil şəkildə yaşaması, tam və bərabər şəkildə iştirak etməsi üçün ilkin şərtdir. Əlilliyi olan şəxslərin müyəssərliyini təmin etmək məqsədilə davamlı təhsil təşəbbüsləri, məlumatlılığın artırılması, ictimai-maarifləndirmə tədbirləri həyata keçirilir. Bütün xidmətlərin əlçatanlığı baxımından dövlətimiz tərəfindən yeni üsullar araşdırılaraq tətbiq olunur. Təlimçi çıxışı zamanı bu həssas qrupdan olan vətəndaşlarla ünsiyyət zamanı vətəndaş məmnunluğunun təmin olunmasına xidmət edən etik normalara uyğun müəyyən davranış qaydaların gözlənilməsinin vacibliyini də nitqində vurğuladı.

Təlim disskusiya formatında davam etdi.

 

Keçidlər