Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətində “Konstitusiya və Suverenlik İli” çərçivəsində  “Rayon İcra Hakimiyyətində və tabeli qurumlarda çalışan məsul şəxslərə iş fəaliyyətində stressin idarə edilməsi, ünsiyyət bacarıqlarının təkmilləşməsi və iş şəraitinə adaptasiya olunma mexanizmi” mövzusunda təlim keçirildi

19 noyabr 2025 | 12:23

19 noyabr 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində “Konstitusiya və Suverenlik İli” çərçivəsində  “Rayon İcra Hakimiyyətində və tabeli qurumlarda çalışan məsul şəxslərə iş fəaliyyətində stressin idarə edilməsi, ünsiyyət bacarıqlarının təkmilləşməsi və iş şəraitinə adaptasiya olunma mexanizmi” mövzusunda təlim keçirildi.

Təlimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini, etik müvəkkil Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, əməkdaşlar, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri, və Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin  mütəxəssisi-psixoloq Dilbər Bəhmənli iştirak edirdilər.

Binəqədi Rayon icra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxışında qeyd etdi ki, ictimai həyatın müxtəlif sahələrində dövlət siyasətini həyata keçirən, vətəndaşların və cəmiyyətin xidmətində olan dövlət orqanlarının səmərəli fəaliyyət göstərməsi, ilk növbədə bu orqanlarda çalışan dövlət qulluqçularının yüksək peşəkarlığından və vəzifə borcunu məsuliyyətlə yerinə yetirməsindən asılıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır” sözləri hər bir dövlət qulluqçusu üçün başlıca fəaliyyət prinsipidir.

Sevinc Süleymanova bildirdi ki, Binəqədi RİH başçısı Aparatında "Etik davranış qaydaları" haqqında Qanunun tələblərinə uyğun olaraq illik iş planları təsdiqlənir. İş planına uyğun olaraq RİH başçısı Aparatında, tabeli qurumlarda çalışan əməkdaşlarla mütəmadi olaraq davranış, nizam-intizam qaydaları, icra intizamının möhkəmləndirilməsi, məmur-vətəndaş münadsibətlərində məmnunluğun təmin edilməsi, yeni işə qəbul edilmiş əməkdaşların adaptasiyası və s. mövzularda təlimlər təşkil olunur. 

“Rayon İcra Hakimiyyətində və tabeli qurumlarda çalışan məsul şəxslərə iş fəaliyyətində stressin idarə edilməsi, ünsiyyət bacarıqlarının təkmilləşməsi və iş şəraitinə adaptasiya olunma mexanizmi” mövzusunda çıxış edən Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin mütəxəssisi-psixoloq Dilbər Bəhmənli stresi yardan səbəblərdən, stress nəticəsində yaranan problemlərdən, onların aradan qaldırılması, ünsiyyətin yaxşılaşdırılması faktorlarından, hədəf və vəzifələrin qoyulması strategiyasının, ünsiyyətin yeni səviyyəyə qaldırmaq imkanlarının əldə edilməsi vasitələrindən ətraflı məlumat verərək, praktik məşğələlər vasitəsilə adaptasiyanı gücləndirmək üsullarından söhbət açdı. 

Təlim disskusiya formatında davam etdi. Sonda təlim iştirakçılarına psixi sağlamlığın yoxlanılması və problemlərin aradan qaldırılması üçün qrup tapşırığı verildi.

 

 

Keçidlər