Binəqədi Rayon İcra Hakimiyyətində səyyar hüquqi yardım aksiyası həyata keçirildi
“Regional İnkişaf” İctimai Birliyinin “100 gün – 100 təşəbbüs” aksiyasına qoşulan Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 16 yanvar 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində səyyar hüquqi yardım aksiyası həyata keçirildi.
Aksiya çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının əməkdaşları tərəfindən vətəndaşlara səyyar hüquqi xidmətlər göstərilib, hüquqi məsləhətlər verilib, ərizə və şikayətlərin tərtibində praktiki dəstək təqdim olunub, müraciətlərin hüquqi qiymətləndirilməsi aparılıb və ailə, əmək, sosial təminat, mənzil-kommunal və mülki münasibətlər kimi mövzular üzrə məlumat verildi.
Layihənin məqsədi Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində hüquqi yardıma ehtiyacı olan aztəminatlı vətəndaşlara ödənişsiz ilkin hüquqi yardımın göstərilməsi, onların hüquqi savadlılığının artırılması və müraciətlərin erkən mərhələdə həllinə şərait yaratmaqdır.









