Binəqədi Rayon İcra Hakimiyyətində tanınmış azərbaycanlı milyonçu, neft hasilatçısı, xeyriyyəçi Ağamusa Nağıyevin nəvəsi tarix elmləri üzrə fəlsəfə doktoru, “Milli dəyərlərin qorunması” ictimai birliyinin sədri Dilarə Muxtarovanın anadan olmasının 82-ci ildönümü münasibətilə görüş keçirildi.
23 may 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində tanınmış azərbaycanlı milyonçu, neft hasilatçısı, xeyriyyəçi Ağamusa Nağıyevin nəvəsi tarix elmləri üzrə fəlsəfə doktoru, “Milli dəyərlərin qorunması” ictimai birliyinin sədri Dilarə Muxtarovanın (Dilarə Ağamusa Nağıyeva) anadan olmasının 82-ci ildönümü münasibətilə görüş keçirildi. Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, RİH başçısının müavini Sevinc Süleymanova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, şöbə müdirinin müavini Elnur Məmmədov iştirak edirdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov Dilarə xanımı Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2022-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə və "8 Mart – Beynəlxalq Qadınlar Günü" münasibətilə “Tərəqqi” medalı ilə təltif olunması münasibətilə təbrik edərək, ona cansağlığı, gələcək işlərində müvəffəqiyyətlər arzu etdilər.
Dilarə Muxtarova rayonun ictimai-mədəni həyatında və ad günü münasibətilə Rayon İcra Hakimiyyətinin başçısının imzaladığı fəxri fərman və xatirə hədiyyəsilə təltif edildi. Çay süfrəsi ətrafında səmimi keçən görüşdə Dilarə xanım babası - Ağamusa Nağıyev haqqında xatirələrindən bəhs etdi.
Sonda xatirə şəkli çəkdirildi.