Binəqədi Rayon İcra Hakimiyyətində “Uşaq Səfirlər Məclisi” layihəsinə nümayəndələrin seçilməsi üçün rayon ərazisində namizədliyi irəli sürülərək qeydiyyatdan keçən gənclərlə görüş keçirdi.
28 iyul 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova Ailə, Qadın və Uşaq Prblemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən “Uşaq Səfirlər Məclisi” layihəsinə nümayəndələrin seçilməsi üçün rayon ərazisində namizədliyi irəli sürülərək qeydiyyatdan keçən gənclərlə görüş keçirdi.
“Uşaq Səfirlər Məclisi” layihəsinə nümayəndə seçilən gəncləri təbrik edən Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova dövlətimizin gələcəyimiz olan gənclərimizi daim diqqət mərkəzində saxladığını, Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə imzalanan Dövlət Proqramlarının gənclərin hərtərəfli inkişafına yeni imkanlar yaratdığını, gənclərin sosial problemlərinin həlli istiqamətində, onların cəmiyyətə inteqrasiyası, həyatda öz yerini tutması, layiqli vətəndaş kimi böyüməsi istiqamətində görülən işlərdə hər zaman gənclərə dəstək olan Heydər Əliyev Fondunun rəhbəri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqətində olan məsələlər olduğunu qeyd etdi.
Daha sonra çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdir müavini Elnur Məmmədov Ailə, Qadın və Uşaq Prblemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçiriləcək layihənin seçim turunda gənclərə uğurlar arzu edərək, gənclik illərində qazanılan bilik və təcrübənin onların gələcək fəaliyyətlərində mühüm rol oynayacağını vurğuladı.
Görüşdə iştirak edən gənclər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.