Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətində yeni təyinat: Əliyev Seymur Xanlar oğlu

26 aprel 2022 | 12:36

Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 30 mart 2022-ci il tarixli 62 saylı Sərəncamı ilə Seymur Xanlar oğlu Əliyev Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir.

Yeni təyinat münasibətilə Seymur Əliyevi təbrik edir və fəaliyyətində uğurlar diləyirik!

Qeyd edək ki, Seymur Xanlar oğlu Əliyev 14.02.1987-ci ildə Bakı şəhərində  anadan olmuşdur. 1993-2005-ci illərdə Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasında təhsil almışdır. 2005-2009-cu illərdə Bakı Biznes Universitetində İnzibati İdarəetmə Dövlət və Bələdiyyə İdarəetməsi ixtisası üzrə əhsil almışdır. 2009-2010-cu illərdə Hərbi Xidmətdə olmuşdur. 2013-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Əmək fəaliyyətinə 2010-cu ildə "Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı" MMC-də fəaliyyətə başlamış, 2013 cü ildən Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətində müfəttiş operator vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, iki övladı var.

Keçidlər