Binəqədi Rayon İcra Hakimiyyətində yeni təyinatlar
Firuzə Rasim qızı Musayeva Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 06 iyul 2022-ci il tarixli Sərəncamı ilə Aparatın “Sənədlərlə və vətandaşların müraciətləri ilə iş şöbəsi”sinin məsləhətçisi (kadrlar üzrə işin aparıcısı) vəzifəsinə təyin edilmişdir.
Firuzə Rasim qızı Musayeva 29 noyabr 1997-cı ildə Bakı şəhərində anadan olmuşdur.
2004-2015-cü illərdə Binəqədi rayonu Həbibulla Hüseynov adına 83-nömrəli məktəb-liseyində orta təhsil, 2015-2020-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə ali təhsil almışdır.
22.02.2021-23.08.2021-ci ildə Bakı Apellyasiya Məhkəməsində mütəxəssis-inspektor vəzifəsində çalışmışdır.
______________
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fərid Fəhrəddin oğlu Cəfərov RİH Başçısının 07 iyul 2022-ci il tarixli Sərəncam ilə Aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçi vəzifəsinə keçirilmişdir.
Fərid Fəhrəddin oğlu Cəfərov 15 fevral 1991-ci ildə Bakı şəhərində anadan olmuşdur.
2008-ci ildə Türkiyə Dəyanət Vəqfi – Bakı Türk Liseyini bitirib, 2008-2013-cü illərdə Rusiya Federasiyası Saratov Dövlət Hüquq Akademiyasının Hüquqşünaslıq ixtisası üzrə təhsil almışdır.
2015-2016-cı illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçmişdir.
Əmək fəaliyyətinə 23 yanvar 2019-cu ildə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini kimi başlamışdır, 30.12.2020-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmuşdur.
Evlidir.
______________
Seyfəddin Allahverdi oğlu Dəmirli Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 07 iyul 2022-ci il tarixli Sərəncamı ilə Aparatın Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi (mühəndis) vəzifəsinə təyin edilmişdir.
Seyfəddin Allahverdi oğlu Dəmirli Bakı şəhərində anadan olmuşdur.
2005-ci ildə Bakı Özəl Türk liseyini bitirib, 2006-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi iqtisadiyyat ixtisası üzrə təhsil almışdır.
2010-2011-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçmişdir.
Əmək fəaliyyətinə 15.03.2018-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Bakı 6 nömrəli Yol İstismarı” MMC-nin sahə rəisi kimi başlamışdır.
Ailəlidir, üç övladı var.