Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə yeni təyinat

20 aprel 2023 | 12:06

Həsənov Rauf Arif oğlu RİH başçısının müvafiq sərəncamı ilə Aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur.

Həsənov Rauf Arif oğlu 1988-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə alıb, daha sonra Bakı Slavyan Universitetinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr dərəcəsini Fərqlənmə diplomu ilə, Türkiyə Respublikasının Bahçeşehir Üniversitetinin Sosial Elmlər İnstitutunda “Kürəsəl siyasət və beynəlxalq münasibətlər” ixtisası üzrə magistr dərəcəsini bitirib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Fəlsəfə və Sosial Psixologiya kafedrasının doktorantıdır.

Həqiqi hərbi xidmətini başa vurduqdan sonra ilk olaraq Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında böyük təlimatçı olaraq əmək fəaliyyətinə başlayıb. Həmin dövrdə YAP Nəsimi rayon təşkilatının Gənclər birliyinin idarə heyətinin üzvü və sədr müavini olmuşdur.

Daha sonra “AzərTürk Bank” ASC-nin Baş ofisində mütəxəssis, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, müdir müavini, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Beynəlxalq layihələr sektorunun müdiri, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifələrində çalışıb.

30.09.2019-cu ildən yeni vəzifəyə təyin olunana kimi Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının köməkçisi vəzifəsində çalışıb.

2-ci dərəcəli dövlət qulluqçusudur.

Ailəlidir, 2 övladı var.

Keçidlər