Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinə yeni təyinat
Cahangir-zadə İskəndər Kamil oğlu Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Aparatın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir.
İskəndər Kamil oğlu Cahangir-zadə 16 aprel 1990-cı ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri 164 saylı orta məktəbdə alıb, Azərbaycan Universitetində maliyyə ixtisası üzrə bakalavr dərəcəsi, Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə işi ixtisası üzrə mütəxəssislərin yenidənhazırlanması üzrə əlavə təhsil, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət qulluğunun təşkili və idarə edilməsi üzrə magistr pilləsində, ABŞ-ın Corciya Dövlət Universitetində Tələbə Mübadiləsi Proqramı çərçivəsində BBA maliyyə ixtisası üzrə təhsil almışdır.
Əmək fəaliyyətinə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Təhqiqat İnstitutunun Makroiqtisadi təhqiqatlar şöbəsinin mütəxəssisi kimi başlamış, sonradan həmin şöbənin baş mütəxəssisi vəzifəsində işləmişdir. 20 fevral 2013-cü il tarixindən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında müxtəlif vəzifələrdə - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi, İnformasiya təminatı və təhlil sektorunun müdiri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının köməkçisi vəzifələrində, 30 sentyabr 2019-cu il tarixindən təyinat olunan günə qədər Aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
1-ci dərəcəli dövlət qulluqçusudur.
Ailəlidir, 2 övladı var.