Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 11.08.2022-ci il tarixində 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

12 avqust 2022 | 18:35

11 avqust 2022-ci il tarixində 276 nömrəli məktəb-liseyin inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Aparatın məsul şəxsləri, bələdiyyə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər. Görüşdə iştirak edən mikrorayon sakinləri yerlərdə qəbulların təşkilinə, vətəndaşlara göstərilən diqqət və qayğıya, bundan öncəki səyyar görüşlərdə müzakirə olunan və sakinləri narahat edən problemlərin qısa müddət ərzində müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nəaliyyətlər əldə etməsinə şərait yaratdığını vurğuladı. Elektron Hökümət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd etdi və görüşdə iştirak edən sakinlərin bina qarşısında küçə işıqlarını təmin etmək və abadlıq işlərinin görülməsi, küçə işıqlarının bərpa edilməsi, qəza vəziyyətində olan su xəttinin təmir edilməsi və binanın qarşısında qəza vəziyyətində olan qurumuş ağacın kəsilməsi, yaşayış binasının qarşısında oturacağın qurulması və müvafiq abadlıq işlərinin görülməsi, vətəndaşın işlə təmin olunması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər