Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə növbəti səyyar qəbulu keçirildi.
14 iyul 2022-ci il tarixində "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Görüşdə iştirak edən mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər, Elektron Hökümət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd etdi və https://rih.gov.az/ portalından istifadə etməlkə, müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin yaşayış binasında kanalizasiya xəttinin dəyişdirilməsi və təmiri, abad məhəllələrə nəzarət üçün post patrul xidmətinin təyin edilməsi, vətəndaşın övladının məktəbə qeydiyyata alınması, yaşayış sahəsində işıq dirəyinin aşması, metro ətrafından sahibsiz itlərin yığılması, qəza vəziyyətində olan ağacın kəsilməsi, vətəndaşın qardaşı üzərində patronaj təyin olunması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.