Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci və 8-ci mikrorayon yaşayan sakinlərlə növbəti səyyar qəbulu keçirildi.

06 may 2022 | 16:02

05 may 2022-ci il tarixində 283 nömrəli tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci və 8-ci mikrorayon yaşayan sakinlərlə səyyar qəbulu keçirildi.

Görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, bələdiyyə və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.

Görüşdə iştirak edən Binəqədi rayon sakinləri görülmüş işlərlə bağlı ölkə başçısına öz təşəkkürlərini bildirdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə məlumat verərək, mikrorayon ərazisində bundan öncəki görüşlərdə vətəndaşları narahat edən məsələlərin müsbət həlli haqqında hesabatı dinləyərək, görüşdə iştirak edən sakinlərin Bakı nəqliyyat agentliyi ilə küçəyə işıqforun qoyulması, vətəndaşın işlə təmin olunması, binanın zirzəmisində işin dayandırılması və ev növbəsinə götürülməsi, yaşayış binasındakı liftin yenilənməsi, parka qazon örtüyünün vurulması, nikahı pozulan şəxsin həyat yoldaşında qalan övladı ilə görüşməsinə köməklik edilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər