Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.

14 aprel 2022 | 17:26

14 aprel 2022-ci il tarixində Vüqar Əvəzov adına 300 nömrəli tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, bələdiyyə və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.

Görüşdə iştirak edən Biləcəri qəsəbə sakinləri görülmüş işlərlə bağlı rayon rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə məlumat verərək, görüşdə iştirak edən sakinlərin qəsəbədaxili asfalt örtükləri və kanalizasiya sistemlərinin yenidənqurma və təmiri, avtobusların son marşurut xəttinin əvvəlki dayanacaqlara qədər qaytarılması, məişət tullantıları konteynerlərinin sayının artırılması, Biləcəri Şəhidlər Kompleksində  su xəttində təziqin artırılması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər