Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbəsinin sakinləri ilə növbəti səyyar qəbulu keçirildi.

05 avqust 2022 | 20:15
04 avqust 2022-ci il tarixində V.Əvəzov adına 300 nömrəli tam orta məktəbin inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısının müavinləri, Aparatının şöbə müdirləri və məsul əməkdaşları, qəsəbə bələdiyyəsi, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak etdilər.
 
Rayon İcra Hakimiyyəti başçısı respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə məlumat verərək, keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında həyata keçirildiyini qeyd etdi. Vətəndaşlar qəsəbə ərazisindəki əvvəlki görüşlər zamanı onları narahat edən problemlərin həlli istiqamətində görülən işlər haqqında hesabatı dinlədikdən sonra, onlara Elektron Hökümət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verilərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edildi.
 
Çıxış edən Biləcəri qəsəbəsi sakinləri sosial-iqtisadi, mədəni-kütləvi və həyata keçirilən infrastruktur layihələrə görə görülmüş işlərlə bağlı ölkə rəhbərliyinə öz təşəkkürlərini bildirdilər. Sonda Rayon İcra Hakimiyyəti başçısı qəsəbə sakinlərinin qeyd etdiyi yeni poliklinika binasının, bank filialının açılması və yeni qəbiristanlıq yerinin ayrılması, dəmir yolu üzərindən keçən piyada körpüsünün təmir edilməsi, şəhid Ağayev Ramiz İmamverdi oğlunun ailəsinin yaşadığı küçənin işıqlandırılması, məhəllə arasında yerləşən parkın işıqlandırılması, Zəfər küçəsində əyilmiş işıqforun və dayanacaqların təmir edilməsi, su təchizatının yaxşılaşdırılması, şəhid Yaşar Sadıqov küçəsində 200 m uzunluğunda kanalizasiya xəttinin çəkilməsi ilə bağlı müraciətlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Keçidlər