Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbə sakinləri ilə növbəti səyyar qəbulu keçirildi.
07 iyul 2022 | 12:23
07 iyul 2022-ci il tarixində 143 nömrəli tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, YAP Binəqədi Rayon Təşkilatının sədri, bələdiyyə və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Görüşdə iştirak edən Binəqədi rayon sakinləri görülmüş işlərlə bağlı ölkə rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə məlumat verərək, görüşdə iştirak edən sakinlərin küçə və parkların işıqlandırılması, ağacın ərazidən götürülməsi, vətəndaşın işlə təmin olunması, yaşayış yerində küçənin bir hissəsinə asfalt örtüyünün vurulması, yaşayış massivində su borularının çəkilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Elektron Hökümət portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verdi, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd etdi.