Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin sakinlərlə növbəti səyyar qəbulu keçirildi.

29 aprel 2022 | 17:31

29 aprel 2022-ci il tarixində 115 nömrəli tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin sakinlərlə səyyar qəbulu keçirildi.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, bələdiyyə və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.

Görüşdə iştirak edən rayon sakinləri ərazidə aparılan abadlıq işləri ilə bağlı görülən işlərə görə dövlət başçısına öz minnətdarlıqlarını bildirdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə məlumat verərək, görüşdə iştirak edən sakinlərin qəsəbədaxili asfalt örtüklərinin təmiri, kanalizasiya xəttlərinin bərpası və yeni xəttlərin istismara verilməsi, işsizlik problemlərinin həll edilməsi, ağacların qanunsuz olaraq kəsilməsinin qaşısının alınması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

 

Keçidlər