Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Xocasən qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.

19 may 2022 | 17:03

19 may 2022-ci il tarixində 313 nömrəli tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Xocasən qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, YAP Binəqədi Rayon Təşkilatının sədr müavini, bələdiyyə və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər. Görüşdə iştirak edən Binəqədi rayon sakinləri görülmüş işlərlə bağlı ölkə başçısına öz təşəkkürlərini bildirdilər. Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə məlumat verərək, görüşdə iştirak edən sakinlərin qəsəbə ərazisində yeni qəbiristanlıq ərazisinin ayrılması, küçə adını bildirən lövhələrin ərazi üzrə yerləşdirilməsi, bələdiyyə küçəsində yağış sularının yol boyu axmasının qarşısının alınması üçün tədbir görülməsi, Bakı-Lökbatan magistral yolunun kənarında ayrı-ayrı obyektlər tərəfindən toplanmış taxta yeşiklərin yanğın təhlükəsizliyi ilə əlaqədar ərazidən götürülməsi və işıqforun qoyulması, 20 yanvar küçəsinə asfalt örtüyünün çəkilməsi, 313 saylı məktəbin ərazisində yeni tədris korpusunun tikilməsi və qəsəbə ərazisində fəaliyyət göstərən 102 saylı avtobus dayanacağının Xocəsən Sağlamlıq Mərkəzini əhatə etməsinə köməklik göstərilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər