Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi

24 noyabr 2022 | 14:42

24 noyabr 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verdi.  Qəsəbə  sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin şəhid ailələrinin yaşadığı 20 Yanvar və Sərkərdələr küçələrinin abadlaşdırılması, Xocəsən Sağlamlıq Mərkəzinə və 17 saylı Təcili Yardım Stansiyasına kanalizasiya xəttinin çəkilməsi ilə bağlı, Laçın məktəbinə gedən yola, Çinarlı küçəsinə, 103 saylı məktəbin arxasına və Xocəsən Mədəniyyət Evindən 103 saylı məktəb istiqamətindəki yola asfalt örtüyünün çəkilməsi, eyni zamanda  Elçin Əzizov küçəsində asfalt örtüyünün bərpa edilməsi, fərdi yaşayış evinə qaz xəttinin çəkilməsi və yeni qaz sayğacının quraşdırılması, vətəndaşa sosial müavinətin verilməsi və işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər