Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Azərbaycan Polisinin yaranmasının 105-ci ildönümü - "2 iyul-Azərbaycan Polisinin Peşə Bayramı Günü" münasibətilə tədbir keçirildi

02 iyul 2023 | 08:28

Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Polisinin yaranmasının 105-ci ildönümü - "2 iyul-Azərbaycan Polisinin Peşə Bayramı Günü" münasibətilə tədbir keçirildi

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçı Elxan Allahverdiyev, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon Polis İdarəsinin rəisi polis polkovniki İlqar Məmmədov, Rayon Prokuroru Fuad Məmmədov, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi Fərhad Bayramlı, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Nicat Həsənov, Rayon Mühafizə İdarəsinin rəisi Fuad Əliyev, Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev, Rayon Polis İdarəsinin Xidmət üzrə rəis müavini polis kapitanı Rasim Qocayev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının və Rayon Polis İdarəsinin məsul əməkdaşları iştirak edirdilər.
İlk öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər. Tədbir vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olundu.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Azərbaycan Respublikasının bütün ərazilərində yüksək peşəkarlıqla dövlətə, xalqa xidmət edən hüquq mühafizə orqanlarının əməkdaşlarını salamladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında əldə edilən yüksək nailiyyətlər və Daxili İşlər Orqanlarında fəaliyyət göstərən əməkdaşların sosial-iqtisadi rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verdi, bütün polis əməkdaşlarını təbrik edərək onlara çətin və şərəfli peşələrində uğurlar arzu etdi.
Çıxış edənlər-Rayon Polis İdarəsinin rəisi polkovnik İlqar Məmmədov, Rayon Prokuroru Fuad Məmmədov, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi Fərhad Bayramlı, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Nicat Həsənov, Rayon Mühafizə İdarəsinin rəisi Fuad Əliyev və digər qonaqlar Polis orqanları əməkdaşlarının ictimai asayişin qorunması, daxili təhlükəsizliyin və cəmiyyətin qanuni mənafelərinin müdafiəsi istiqamətində çox vacib funksiyaları müvəffəqiyyətlə yerinə yetirdiyini və bu istiqamətdə fəaliyyətini genişləndirdiyini bildirdilər, hər zaman Daxili İşlər Orqanları əməkdaşlarının ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu qeyd etdilər.
YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında Daxili İşlər Orqanları əməkdaşlarının ölkəmizdə siyasi sabitliyin, iqtisadi inkişaf və davamlılığın, demokratiyanın bərqərar olmasında mühüm rol oynadığını bildiridi, peşə bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etdi.
Sonda xidməti fəaliyyətində fərqlənən bir qrup polis əməkdaşı diplom və fəxri fərmanlarla təltif olundu, xatirə şəkli çəkildi.

Keçidlər