Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə əhalinin müxtəlif təbəqələri, o cümlədən işləyən əhali üçün fiziki aktivliyə dair maarifləndirici tədbirlər

02 iyun 2023 | 18:08

Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda fəaliyyət göstərən müxtəlif idarə, müəssisə və təşkilatlarda çalışan əməkdaşlara əhalinin müxtəlif təbəqələri, o cümlədən işləyən əhali üçün fiziki aktivliyə dair maarifləndirici bukletlər paylanılır və oturaq həyat tərzinin insan sağlamlığı üçün fəsadları və fiziki aktivliyin əhəmiyyəti haqqında onlara ətraflı məlumatlar verilir.

Rayon ərazisində fəaliyyət göstərən tibb müəssisələrində çalışan tibb personalı tərəfindən müraciət edən sakinlərlə müayinə zamanı maarifləndirici söhbətlər aparılır.

Bundan başqa, RİH tərəfindən mütəmadi olaraq rəsmi internet səhifəsində, sosial şəbəkələr üzərindən  sağlam həyat tərzinin təbliği məqsədi ilə onlara zəruri olan düzgün qidalanma, sağlam yuxu, fiziki aktivlik, ps vərdişlərdən qorunmaq və s. bu kimi zəruri faktorlarla bağlı videoçarxlar və digər maarifləndirici materiallar paylaşılır. 

Eyni zamanda, rayon məktəblərinin şagirdləri arasında "Sağlam Həyat" günləri devizi ilə müxtəlif növ idman yarışları keçirilir, eyni zamanda, dərs saatlarında şagirdlər idmanla məşğul olmağın sağlam həyat tərzinə müsbət təsirləri, həmçinin məktəblərin maddi-texniki bazasının və idman infrastrukturunun möhkəmləndirilməsi istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən dövlət qayğısı barədə məlumatlandırılırlar.

Tədbirlərin keçirilməsində əsas məqsəd Respublika Prezidenti cənab İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın müvafiq bəndlərinin icrasının təmin edilməsi, işləyən əhali arasında fiziki aktivliyin və sağlam həyat tərzinin təbliği, eləcə də oturaq həyatın zərərləri, davranış risk amilləri barədə işləyən əhalinin məlumatlandırılmasından ibarətdir.

https://www.youtube.com/watch?v=rcPcq1ebsVI

https://bakimektebleri.edu.az/144/az/news/read/197129

https://bakimektebleri.edu.az/99/az/news/read/190157

https://bakimektebleri.edu.az/144/az/news/read/198422

Keçidlər