Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yeni dərs ilinin başlanması münasibətilə rayon ərazisində yaşayan aztəminatlı ailələrin övladlarına məktəbli formaları hədiyyə edildi

07 sentyabr 2023 | 14:23

Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 2023-2024-cü dərs ilinin başlanması münasibətilə humanitar aksiya çərçivəsində rayon ərazisində yaşayan aztəminatlı ailələrin övladlarına məktəbli formaları hədiyyə edildi.

Ümumilikdə imtiyazlı ailələrdən olan 120 məktəbli məktəbli forması ilə təmin olunub. Məktəblilər və valideynlər onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.

Yeni dərs ilinin başlanması ilə münasibətilə məktəbliləri təbrik edir, onlara uğurlar arzu edirik!

Keçidlər