Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Şuşa Dövlət Musiqili Dram Teatrının təşkilatçılığı ilə “Dəmir yumruq” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi

06 noyabr 2024 | 14:45

04 noyabr 2024-cü il tarixində 8 Noyabr- Zəfər Günü ərəfəsində Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Şuşa Dövlət Musiqili Dram Teatrının təşkilatçılığı ilə “Dəmir yumruq” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

Zəfər həftəsi çərçivəsində təqdim olunan ədəbi-bədii kompozisiya 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbənin dördüncü ildönümünə və şəhidlərimizin əziz xatirəsinə həsr olundu.

Kompozisiyanın nümayişində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, BRİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Qarabağ müharibəsi veteranı, Ədliyyə general-mayoru, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Binəqədi rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, BRİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları- Elnur Məmmədov, İlqar Pənahov və Leyla Quliyeva, qeyri-hökumət təşkilatlarının nümayəndələri və şagirdlər iştirak etdilər.

“Dəmir Yumruq” ədəbi-bədii kompozisiyası müxtəlif səhnələrdən ibarət idi. Kompozisiyada teatrın aktyorlarının ifasında hərbi-vətənpərvərlik mövzularında olan müxtəlif şeirlər səsləndirildi və cəbhədə baş verən hadisələr canlandırıldı.

Keçidlər