Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət Məşğulluq Agentliyi və Bakı Regional Məşğulluq Mərkəzinin dəstəyi ilə işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin olunması məqsədilə "Əmək yarmarkası" keçirildi.

22 iyul 2022 | 14:21

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialı və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakı şəhərində "Hyatt Regency Baku" otelində“Əmək yarmarkası” tədbiri keçirildi. Tədbirdə Bakı Regional Məşğulluq filialının müdiri Müseyib Əliyev, Dövlət Məşğulluq Agentliyinin və Bakı Regional Məşğulluq filialının məsul əməkdaşları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev və Aparatın Sosial-İqtisadi İnkişafın Təhlili və Praqnozlaşdırılması şöbəsinin əməkdaşları iştirak etdilər. Birlikdə əməkdaşlıq çərçivəsində baş tutan əmək yarmarkasında 30-a yaxın müəssisə, 750-dən çox vakansiya üzrə, 550-dən çox işsiz və işaxtaran şəxslər iştirak etdi.

Bakı Regional Məşğulluq Filialının müdiri Müseyib Əliyev  karyera planlaması istiqamətində həyata keçirilən layihələr və görülməsi nəzərdə tutulan işlər, eyni zamanda, əmək bazarına keçid etməyə hazırlaşan gənclər üçün yaradılan imkanlar barədə çıxış etdilər. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev Binəqədi rayonunda əhalinin məşgulluğu sahəsində görülmüş koordinasiyalı işlərin effektiv nəticəsi və nəzərdə tutulan layihələr barədə tədbir iştirakçılarına məlumat verdi. Aparatın Sosial-İqtisadi İnkişafın Təhlili və Praqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən, baş məsləhətçi Ziba Nəcəfova çıxışı zamanı Binəqədi rayonunda özünəməşğulluq layihəsi çərçivəsində xüsusi həssas qrupdan olan şəxslərə, həmçinin tələbələr və məzunlar üçün yaradılmış şərait barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırdı.

https://dma.gov.az/media/xeberler/30-isegoturenin-istiraki-ile-emek-yarmarkasi-kecirildi

https://azertag.az/xeber/Birinci_yarimilde_Bineqedi_rayonunda_2230_nefer_isle_temin_edilib-2224784

Keçidlər