Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər məscidində müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edildi

17 aprel 2023 | 15:52

17 aprel 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər məscidində müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edildi.

Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev,  millət vəkilləri– Madər Musayev, Azay Quliyev, Kəmaləddin Qafarov, Səbinə Xasayeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, aztəminatlı ailələrin üzvləri, rayon bələdiyyələrinin sədrləri, ağsaqqallar, ziyalılar, idarə, müəssisə, təşkilat, ictimai birliklərin rəhbərləri, din xadimləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

İftar mərasimində əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edildi, onların ruhlarına dualar oxundu.

Tədbirdə insanları xeyirxahlığa, birliyə dəvət edən on bir ayın sultanı-ən şəfaqətli və müqəddəs ay hesab edilən Ramazan ayının dünya müsəlmanları üçün ən əziz ay olduğu, bu ayda görülməsi vacib olan xeyirxah əməllərdən, savab işlərdən danışıldı. Ölkəmizə sabitlik, əmin-amanlıq arzu edildi, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhlarına dualar oxundu.

Keçidlər