Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən Bakı Tekstil Fabrikində görüş keçirildi.

19 avqust 2022 | 17:20

19 avqust 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən Bakı Tekstil Fabrikində görüş keçirildi. Fabrikin təsisçisi Səkinə Babayeva ilə keçirilmiş görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev, Aparatın sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırlması şöbəsinin baş məsləhətçisi Ziba Nəcəfova, M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zaur Qafarov və M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədr müavini Leyli Tahirova iştirak etdilər.

Görüşdə sahibkarı maraqlandıran məsələlər, həmçinin, nəzərdə tutulan yeni layihələr müzakirə edildi. Həmçinin, xüsusi qeyd edilmişdir ki, müəssisədə çalışan işçi heyətinin əksəriyyəti məhz M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan sakinlərdir. Görüşün növbəti hissəsi işsizliyin aradan qaldırılması, xüsusilə qadınların cəmiyyətdə aktivliyinin artırılması mövzusunda müzakirə ilə davam etdi.

Keçidlər