Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış "Mənəvi Dəyərlərin Təbliği Fondu"nun birgə təşkilatçılığı ilə “Dini radikalizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirildi.

25 may 2022 | 15:56
25 may 2022-ci il tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Binəqədi Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış "Mənəvi Dəyərlərin Təbliği Fondu"nun birgə təşkilatçılığı ilə “Dini radikalizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirildi.
 
Tədbirdə Binəqədi Rayon İcra Hakmiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbə heyəti iştirak etdi.
 
Tədbirdə giriş nitqi ilə çıxış edən Binəqədi Rayon İcra Hakmiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev rayonda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini radikalizm və ekstremizmə qarşı səmərəli mübarizənin aparılması məqsədilə müxtəlif formatlarda silsilə tədbirlərin həyata keçirilməsi, bu sahədə müvafiq dövlət qurumları, eləcə də qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edildiyini vurğuladı. N.Allahverdiyev mürəkkəb geosiyasi mövqedə yerləşməsinə baxmayaraq, bu gün Azərbaycanın dünyanın ən sabit və inkişaf edən ölkələrindən biri olduğunu qeyd edərək, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasətin müasir dövrün reallıqları nəzərə alınmaqla müvəffəqiyyətlə icra edildiyini bildirdi.
 
Daha sonra çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev Ali Baş Komandan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi Qələbədən, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun mənəvi gücündən, gənclərin tərbiyə olunmasında milli-mənəvi dəyərlərin rolunun əhəmiyyətindən danışdı. Eyni zamanda milli-mənəvi dəyərlərin xalqımızın mədəniyyətində, adət-ənənələrində olan rolundan, habelə, dinin insanın formalaşmasında rolundan, din-elm, məzhəblərarası münasibətlərindən, dövlətin din siyasətindən, dini dəyərlərin əhəmiyyətindən və gənclərin tərbiyəsində duran əsas vəzifələrdən, habelə gənclər qloballaşan dünyada kənar təsirlərin altına düşməməyə, milli-mənəvi dəyərlərimizə sadiq olmağa, onu gələcək nəsillərə ötürülməsində fəal iştirak etməyə çağırdı.
 
Sonda gəncləri maraqlandıran suallar tədbirin qonaqları tərəfindən cavablandırılıdı.
Keçidlər