Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin və M.Ə.Rəsulzadə Bələdiyyəsinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirildi

06 aprel 2024 | 18:07

Ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərancamına uyğun olaraq, Binəqədi rayonunda yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir.

6 aprel 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin və M.Ə.Rəsulzadə Bələdiyyəsinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirildi.

Aksiya çərçivəsində Binəqədi rayonu Ramiz Aboyev adına mədəniyyət və istirahət parkında yerli iqlimə uyğun 200 ədəd həmişəyaşıl ağac əkildi. Ağacəkmə aksiyasında yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərildi və iməclik işləri görüldü.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, RİH başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rauf Həsənov, RİH başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zaur Qafarov və rayon ərazisində fəaliyyət göstərən digər qurumların məsul əməkdaşları iştirak etdilər.

Keçidlər