Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin və Xocəsən bələdiyyəsinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq ağacəkmə aksiyası keçirildi

26 sentyabr 2024 | 17:11

26 sentyabr 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin və Xocəsən bələdiyyəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda etmiş Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq Xocəsən qəsəbəsi, Cökəli küçəsində şəhid və qazi ailələri üçün nəzərdə tutulmuş yaşayış kompleksinin ərazisində ağacəkmə aksiyası keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Hacıbaba Babayev, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı aparatının şöbə müdirləri Rauf Həsənov və İskəndər Cahangir-zadə, Xocəsən bələdiyyəsinin sədri Nigar Məmmədova və rayon ərazisində fəaliyyət göstərən qurumların məsul əməkdaşları iştirak etdilər.

Aksiyada Vətən Müharibəsi şəhidlərinin xatirəsinə müxtəlif növ ağaclar əkilmiş, ağaclara aqrotexniki qulluq göstərildi.

Keçidlər