Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin və YAP Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Çernobıl faciəsi”nin 36-cı ildönümü ilə bağlı tədbir keçirildi.

27 aprel 2022 | 17:51

26 aprel 2022-ci il tarixdə YAP Binəqədi Rayon Təşkilatının konfrans zalında Binəqədi Rayon İcra Hakimiyyətinin və YAP Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Çernobıl faciəsi”nin 36-cı ildönümü ilə bağlı tədbir keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, RİH başçısı Aparatının şöbə müdiri Nicat Allahverdiyev, İctimai Şuranın sədri Aslan Mehdiyev və Çernobil Əlilləri İttifaqının rayon şöbəsinin üzvləri iştirak etmişdir.

Tədbir ilk öncə torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin və Çernobıl faciəsi zamanı həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Tədbiri YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov giriş sözü ilə açaraq, iştirakçılara Çernobıl faciənin tarixi haqqında məlumat verdi. Partiya sədri hər zaman dövlətimiz tərəfindən Çernobıl əlillərinə yüksək diqqət və qayğı göstərildiyini diqqətə çatdıraraq bildirdir ki, faciə zamanı Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması məqsədilə yaradılan fövqəladə komissiyanın sədri ulu öndər Heydər Əliyev bu dövrdə də nə qədər uzaqgörən, müdrik bir şəxsiyyət olduğunu nümayiş etdirmişdir. Fəlakət bölgəsində xilasetmə işləri başlayan andan dahi Öndərimiz bu mürəkkəb problemin həllində əsl fədakarlıq, yüksək rəhbərlik qabiliyyəti göstərmişdir.

Daha sonra, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış edərək, dünya tarixinin ən böyük texnogen qəzası – Çernobıl faciəsinin baş vermə səbəblərindən, bu faciənin tarixdə ən böyük texnogen atom qəzası kimi bütün dünyanı sarsıdan bir faciə olmasından və bu gün dövlətimiz tərəfindən Çernobıl əlillərinə yüksək diqqət və qayğı göstərildiyini, onların sosial problemlərinin həllində ardıcıl tədbirlərin reallaşdırıldığını diqqətə çatdırdı.

Tədbirdə Azərbaycan "Çernobıl" Əlillər İttifaqının Binəqədi rayon şöbəsinin sədri Kamal Əliyev çıxışında çernobılçılara göstərilən dövlət qayğısından, əlillərin himayə edilməsindən, cəmiyyətin isti münasibəti ilə əhatə olunmalarından ətraflı danışdı. Tədbir iştirakçıları onlara göstərilən xüsusi diqqətə görə ölkə başçısına xüsusi təşəkkürlərini bildirdilər.

Tədbirin sonunda bir qrup Çernobıl əlilinə maddi yardım edildi.

Keçidlər