Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon ictimaiyyəti Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsinin önündə soyqırım qurbanlarının əziz xatirəsini ehtiramla yad etdi

26 fevral 2025 | 11:30

26 fevral 2025-ci il tarixində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, bələdiyyələrin, təhsil və səhiyyə müəssisələrinin kollektivləri, İctimai Birliklərin üzvləri, rayon ictimaiyyəti  Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsinin önünə gül dəstələri qoyaraq, soyqırım qurbanlarının əziz xatirəsini ehtiramla yad etdilər.

Xocalı soyqırımının günahsız qurbanlarının nurlu xatirəsini dərin hörmət və ehtiramla yad edirik!

Keçidlər