Binəqədi rayonu 100 № li tam orta məktəbdə "Narkotiksiz gələcək naminə” mövzusunda növbəti görüş keçirildi
14 mart 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin və Binəqədi Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 100 № li tam orta məktəbdə "Narkotiksiz gələcək naminə” mövzusunda növbəti görüş keçirildi.
Tədbirdə Binəqədi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Məmmədov, Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi, polis mayoru İsa Həbibzadə, Rayon Polis İdarəsinin 4-cü Polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Mirbağır Bağırov, Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların profilaktikası işinin təşkili bölməsinin rəisi, polis kapitanı Orxan Məmmədli, Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin rəisi, polis mayoru Kamil Məmmədov, 100 № li məktəbin direktoru vəzifəsi səlahiyyətlərini əvəz edən Aida Əhmədova və məktəbin kollektivi və şagirdlər iştirak etdilər.
Tədbirdə torpaqlarımızın ərazi bütövlüyü, ölkəmizin müstəqilliyi, suverenliyi uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Tədbiri giriş sözü ilə açan 100 № li tam orta məktəbin direktoru vəzifəsi səlahiyyətlərini əvəz edən Aida Əhmədova qonaqları salamlayaraq cəmiyyəti narahat edən narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbirin təşkilatçılığı üçün dövlət qurumlarına təşəkkürünü bildirdi.
Tədbirdə çıxış edənlər - Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Məmmədov, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova qeyd etdilər ki, ölkəmizdə narkomaniyaya qarşı mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sosial bəlanın bütün təzahürlərinə qarşı prinsipial və barışmaz mövqeyinin göstəricisi olduğunu nümayiş etdirir. Azərbaycan dövlətinin bu problemlə bağlı müəyyənləşdirdiyi strategiya uğurla reallaşdırılır, gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi istiqamətində qətiyyətli addımlar atılır. Azərbaycanın gələcəyi kimi dəyərlənləndirilən gənclərimizə diqqət və qayğı isə daha mühüm vəzifə kimi qeyd edilir.
Növbəti çıxış edən Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların profilaktikası işinin təşkili bölməsinin rəisi, polis kapitanı Orxan Məmmədli narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində aparılan mübarizəyə diqqət çəkərək görülən işlər haqqında ətraflı məlumat verdi.
Tədbirin sonunda məktəblilərə narkomaniyanın fəsadlarını göstərən video çarx nümayiş olundu, məktəbliləri maraqlandıran suallar cavablandırıldı.