Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 100 nömrəli tam orta məktəbdə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ulu Öndər Uşaqların Gözü İlə” adlı tədbir keçirildi

05 may 2023 | 12:47

5 may 2023-cü il tarixində Binəqədi rayonu 100 nömrəli tam orta məktəbdə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ulu Öndər Uşaqların Gözü İlə” adlı tədbir keçirildi.

Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Amal Əsgərov, 100 nömrəli tam orta məktəbin direktoru Gülnarə Məmmədova, rayon ərazisində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrinin rəhbərləri iştirak etdilər.

Tədbirdən öncə sərgiyə baxış keçirildi və ümummilli lider Heydər Əliyev haqqında film nümayiş edildi.

Daha sonra Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbiri giriş nitqi ilə açan 100 nömrəli tam orta məktəbin direktoru Gülnarə Məmmədova qonaqları salamlayaraq Ümumilli Lider Heydər Əliyevin Azərbaycanın gələcəyi üçün göstərdiyi fəadakar əməyin hər zaman xatirələrimizdə dərin izlər qoyduğunu qeyd etdi.

Çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva bildirdi ki, Ümummilli lider Heydər Əliyevin qurduğu Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada öz sözünü deyir və inkişaf edir. Azərbaycanın əldə etdiyi uğurların əsasında Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və Ulu Öndərin siyasi, mənəvi irsinin layiqincə yaşadılması dayanır.

Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Amal Əsgərov bildirdi ki, Heydər Əliyev siyasi rəhbərliyi dövründə Azərbaycanın maraqlarını müdafiə etmiş, bütün dünyada nüfuzlu, uzaqgörən dövlət xadimi kimi şöhrət qazanmışdır. Bu gün də ulu öndər Heydər Əliyevin ideyaları yaşayır və ölkəmizi dinamik nailiyyətlərə aparır. Məhz onun siyasi ideyalarının təməlini qoyduğu Azərbaycanın dövlət idarəetməsi ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha da qüvvətlənir, müstəqilliyimizin əbədiliyi, dönməzliyi, xalqımızın davamlı inkişafı təmin edilir.

Tədbir bədii hissə ilə başa çatdı.

Keçidlər