Binəqədi rayonu 115 nömrəli tam orta məktəbdə "Narkotiksiz gələcək naminə” mövzusunda görüş keçirildi
24 noyabr 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin və Binəqədi Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Azadlıq ptospekti 183 ünvanında yerləşən 115 nömrəli tam orta məktəbdə "Narkotiksiz gələcək naminə” mövzusunda görüş keçirildi.
Tədbirdə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mirbağır Bağırov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin yetkinlik yaşına çatmayanların profilaktikası işinin təşkili bölməsinin baş inspektoru, polis mayoru Elçin Bəhmənov, 115 nömrəli tam orta məktəbin direktoru Natəvan Əsədova, müəllimlər və şagirdlər iştirak etdilər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə giriş sözü ilə çıxış edən 115 №-li tam orta məktəbin direktoru Natəvan Əsədova qonaqları salamlayaraq cəmiyyəti narahat edən narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbirin təşkilatçılığı üçün dövlət qurumlarına təşəkkürünü bildirdi.
Tədbirdə şıxış edən Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mirbağır Bağırov narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində aparılan mübarizəyə diqqət çəkərək, məktəblilərə gənclərin narkomanlıq və digər zərərli vərdişlərlən qorunması üçün dövlət səviyyəsində görülən işlər barədə məlumat verdi.
Sonda çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov bildirdi ki, narkomaniya müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Yeniyetmə və gənclərin əsrimizin bəlasına çevrilən ağ ölüm adlandırılan narkomaniya ilə mübarizə dövlətimizin və cəmiyyətimizin qarşısında duran əsas vəzifələrdəndir. Gənclərin iştirakı ilə keçrilən maarifləndirici görüşlərin başlıca məqsədi gəncləri bu bəladan uzaq tutmaqdır. O, gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olmaları ilə bağlı zəruri tövsiyələr verdi.
Tədbir şagırdləri maraqlandıran sualların təşkilatçılar tərəfindən ətraflı cavablandlrmaqla müzakirə formatında davam etdi.
Tədbirin yekununda antinarkotik təbliğatının gücləndirilməsi məqsədilə hazırlanan “Sağlam həyat tərzi məqsədimizdir” adlı slaydlar nümayiş etdirildi.









