Binəqədi rayonu 135 saylı tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "Süni intellekt və SmartTek" mövzusunda tələbə-məktəbli elmi-praktik konfrans keçirildi
30 aprel 2024-cü il tarixində Binəqədi rayon Ə.Şıxlinski adına 135 saylı tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "Süni intellekt və SmartTek" mövzusunda tələbə-məktəbli elmi-praktik konfrans keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Binəqədi RİH başçısı Aparatının baş məsləhətçisi Leyla Quliyeva, Azərbaycan Respublikası Təhsil İnstitutunun əməkdaşları, 143 nömrəli məktəbin direktoru Rübabə Abdullayeva, məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra giriş sözü ilə çıxış edən məktəbin direktoru Şəfa Qurbanova qonaqları salamlayaraq tədbir haqqında ətraflı məlumat verdi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova artıq ölkəmizdə süni intellekt ideyalarının əhəmiyyətindən, üstünlüklərindən, ölkəmizdə bu sahədə keçirilən beynəlxalq tədbirlərdən, gənclərimizin bu texnologiyalara göstərdiyi böyük həvəsdən söhbət acdı.
Konfransda süni zəka və onun həyata, təhsilə, peşəyə, tibb və ekologiya sahəsinə inteqrasiyası, COP29 tədbirləri və onun məqsədi, eləcə də Qarabağda “ağıllı şəhər” layihələri haqqında şagirdlərin çıxışları dinlənildi.
Konfransda təqdimatların hazırlanmasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dillər Universitetnin və Bakı Dövlət Universitetinin tələbələri şagirlərlə birlikdə çalışmış, məqalələr və təqdimatlar hazırlamışlar.