Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 143 № li tam orta məktəbdə 1 iyun- “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş tədbir keçirildi

02 iyun 2025 | 10:29

30 may 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və 143 № li tam orta məktəbin birgə təşkilatçılığı ilə 1 iyun - “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş tədbir keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Leyla Quliyeva, 6 № li Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi, 143 nömrəli tam orta məktəbin direktoru Rübabə Abdullayeva, məktəbin pedaqoji heyəti, şagirdlər və valideynlər iştirak etdilər.

Tədbir ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra açıq elan edildi.

Məktəbin direktoru Rübabə Abdullayeva qonaqları salamlayaraq tədbir haqqında ətraflı məlumat verdi və uşaqları 1 iyun- “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə təbrik etdi.

Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində vahid və güclü qanunvericilik bazasının olduğunu diqqətə çatdıraraq, dövlətimizin hər bir sahə üzrə uşaqlar üçün yaratdığı imkanlardan bəhs edərək, uşaqlara daim xüsusi diqqət və qayğının göstərilməsinin, sağlamlığının qorunmasının, onlar üçün keyfiyyətli təhsil imkanlarının təmin edilməsinin, layiqli vətəndaş kimi formalaşmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğuladı.   

Tədbirin bədii hissəsində məktəb şagirdlərinin hazırladığı musiqi və rəqs nömrələri təqdim olundu, uşaqlar müxtəlif oyunlar və əyləncəli proqramlarla günün sevincini bölüşdülər.

Sonda xatirə fotosu çəkildi.

Keçidlər