Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 143 nömrəli tam orta məktəbdə 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Zəfər Günün Mübarək, Azərbaycan!” adlı tədbir keçirildi

06 noyabr 2023 | 10:28

3 noyabr 2023-c il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və 143 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Zəfər Günün Mübarək, Azərbaycan!” adlı tədbir keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva, Binəqədi Rayon Ağsaqqalları Şurasının sədri Akif Rəfiyev, Vətən Müharibəsi qazisi Ruslan Şıxıyev, 143 nömrəli tam orta məktəbin direktoru Rübabə Abdullayeva, məktəbin pedoqoji heyəti və şagird kollektivi iştirak etdilər.

Tədbirdən Vətən Müharibəsi qazisi Ruslan Şıxıyev sinif otaqlarını gəzərək öz təəssüratlarını şagirdlərlə bölüşdü və onların suallarını cavablandırdı.

Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olundu.  Tədbirdə ilk öncə 143 nömrəli tam orta məktəbin müəllimi Dilarə Qasımovanın təşkilatçılığı ilə şəhid Xudayar Yusifzadənin adını daşıyan 4b sinifinin şagirdləri tərəfindən hazırlanmış şeir və rəqs kompozisiyaları təqdim edildi.

Tədbirdə çıxış edənlər- Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva, Binəqədi Rayon Ağsaqqalları Şurasının sədri Akif Rəfiyev, Vətən Müharibəsi qazisi Ruslan Şıxıyev, 143 nömrəli tam orta məktəbin direktoru Rübabə Abdullayeva 8 Noyabr- Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirdilər ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir. Rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri öz canları, qanları bahasına düşmən üzərində tam və qəti Qələbə qazanmaqla dünyanın hərb tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdılar. Bu möhtəşəm Qələbə sevincini bizə yaşadan  rəşadətli Azərbaycan Ordusunun hər bir zabit və əsgər heyətinə, qazilərimizə minnətdarıq. 

Sonda şagirdlərlə xatirə fotosu çəkildi.

Keçidlər