Binəqədi rayonu 143 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəyik ili” şüarı altında “Eko-düşərgə” təşkil olundu
29 aprel 2024–cü il tarixində 143 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəyik ili” şüarı altında “Eko-düşərgə” təşkil olundu.
“Eko-düşərgə”də şagirdlər tərəfindən təbiətin qorunmasını, ekoloji təmizliyi və iqlim dəyişikliyini nümayiş etdirmək üçün hazırlanan müxtəlif maketlər, əl işləri təqdim olundu. Təqdimatda qonaqlara ümumilikdə 16 iş təqdim olundu. Şagirdlər ən çox “İqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyası”na uyğun olaraq tədqiqat işlərini təqdim etdilər və “Dünyamızı qoruyaq”, “Yaşıl dünya yaradaq”, “Dünya bizim əllərimizdədir”, “Gələcək naminə öyrənək” və s. başlıqlar altında çıxış etdilər.
Tədbirin qonaqları Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva, Bakı Dövlət Universitetinin İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, coğrafiya ellmləri doktoru, professor Çingiz İsmayılov, BDU-nun İqtisadi və sosial coğrafiya kafedrasının müəllimi, coğrafiya üzrə fəlsəfə doktoru Emin Ələkbərli, 205, 135, 161, 30 nömrəli tam orta məktəblərin direktorları, direktor müavinləri, 143 nömrəli tam orta məktəbin müəllim kollektivi, valideyn qrupları, məktəb könüllüləri iştirak etdilər. Qonaqlar ardıcıl olaraq şagirdlər tərəfindən hazırlanmış təqdimatları dinlədilər.
Tədbirin bədii hissəsində meşələrin, heyvanların qorunması haqqında hazırlanmış səhnəciklər, musiqilər, vətənpərvərlik şeirləri və çıxışlar nümayiş etdirildi. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Bakı Dövlət Universitetinin İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, coğrafiya ellmləri doktoru, professor Çingiz İsmayılov təbdir haqqında öz fikirlərini bildirdilər, məktəb kollektivini təbrik edərək onları yenikliklərə səslədilər.