Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 144 № li tam orta məktəbdə "Narkotiksiz gələcək naminə!” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi

30 noyabr 2025 | 15:48

27 noyabr 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin və Binəqədi Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 9-cu mikrorayon, M.Cəlal küçəsi 143 ünvanında yerləşən 144 № li tam orta məktəbdə "Narkotiksiz gələcək naminə!” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi.

Tədbirdə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Xəqani Behbudov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Təlim Resurs şöbəsinin müdir müavini Pərvin Quliyeva, Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin əməkdaşları, 144 nömrəli tam orta məktəbin direktoru İlahə Həmidova, məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.   

Azərbaycan Respublikadsının Dövlət Himninin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə giriş sözü ilə çıxış edən 144 nömrəli tam orta məktəbin direktoru İlahə Həmidova qonaqları salamlayaraq cəmiyyəti narahat edən narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbirin təşkilatçılığı üçün dövlət qurumlarına təşəkkürünü  bildirdi.  

Tədbirdə çıxış edən Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Xəqani Behbudov, cəmiyyətdə hər bir  şəxsiyyətin formalaşması üçün ilkin tərbiyənin, şüurunda həkk olunan öyüd-nəsihətin,  ailə mühitinin  və ailə tərbiyəsinin mühüm əhəmiyyət kəsb etməsini vurğulayaraq, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizədə hamının səfərbər olmalı olduğunu söylədi və bu məsələlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu, yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlərin keçirildiyini, görüşlərin mütəmadi  davamı  olduğunu  qeyd  etdi.   

Növbəti çıxış edən Binəqədi Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Təlim Resurs şöbəsinin müdir müavini Pərvin Quliyeva, narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışaraq, narkotik maddələrin insanın fiziki, mənəvi və psixoloji cəhətdən məhv olmasına səbəb olduğunu vurğuladı.   

Sonda çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov gənclərimizi və uşaqlarımızı narkomanlığın necə bir bəla olduğunu, bu bəladan uzaq durmalarını və ətraflarında olan insanları da “ağ ölüm”dən qorumaq üçün çalışmalarının vacibliyini qeyd edərək, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırdı.

Tədbir şagırdləri maraqlandıran suallar təşkilatçılar tərəfindən ətraflı cavablandlrmaqla müzakirə formatında davam etdi.

Keçidlər