Binəqədi rayonu 144 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "Dünyamızı qoruyaq!" adlı tədbir həyata keçirildi
30 aprel 2024-cü il tarixində Namiq Babayev adına 144 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "Dünyamızı qoruyaq!" adlı tədbir həyata keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva, məktəbin müəllim, şagird kollektivi və valideynlər iştirak etdilər.
Məktəbin direktoru İlahə Həmidova qonaqları salamlayaraq tədbir haqqında ətraflı məlumat verdi.
Binəqədi Rayon İcra başçısının müavini Sevinc Süleymanova çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmizin bu istiqamətdə apardığı işlərə daha güclü təkan verəcəkdir. Bütün respublikamızın ərazisində olduğu kimi Binəqədi rayonunda da ətraf mühitin mühafizəsi, yaşıllıqların salınması prosesi davamlı şəkildə aparılır. Təhsil müəssisələrində də bu sahədə silsilə tədbirlər həyata keçirilir.
Tədbirdə şagirdlər öz araşdırmalarına əsasən təqdimatlar edərək ətraf mühitin qorunmasına dair hazırladıqları bukletləri tədbirdə iştirak edən qonaqlara təqdim etdilər.
Sonda məktəblilər məktəbyanı sahədə güllər əkdilər.