Binəqədi rayonu 153 və 193 nömrəli körpələr evi-uşaq bağçalarında 8 Noyabr- Zəfər Günü münasibətilə bayram tədbirləri keçirildi
05 noyabr 2022-ci il tarixində Binəqədi rayonu ərazisində yerləşən 153 və 193 nömrəli körpələr evi-uşaq bağçalarında 8 Noyabr- Zəfər Günü münasibətilə bayram tədbirləri keçirildi.
Tədbirlərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, bağça müdirələri- Şölə İsmayılova və Nailə Əliyeva, pedoqoji kollektiv və körpələr iştirak etdilər.
Tədbirlərdə çıxış edən İlqar Pənahov Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək qeyd etdi ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Vətən müharibəsində şəhid olanların ailə üzvlərinə, Şanlı Zəfər Gününü bizə yaşadan Müzəffər Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Respublikamızda uşaqların rahat və firavan ölkənin vətəndaşları kimi böyüdüyünü, müstəqil ölkəmizin gələcəyinin məhz körpələr olacağını vurğuladı.
Sonda 153 və 193 nömrəli körpələr evi-uşaq bağçalarının körpə fidanlarının ifasında müxtəlif səhnəcik, rəqs, mahnı və şeir kompozisiyalar səsləndirildi.