Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 157 № li tam orta məktəbdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əsrlərin Dahi Lideri” adlı tədbir keçirildi

22 may 2023 | 10:15

Binəqədi rayonu 157 № li tam orta məktəbdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əsrlərin Dahi Lideri” adlı tədbir keçirildi.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.

Tədbir Ulu Öndərin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.

Tədbiri giriş sözü ilə açan 157 nömrəli tam orta məktəbin direktoru Fatma İbrahimova qonaqları salamlayaraq Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz tarixi xidmətləri, təhsilə göstərdiyi diqqət və qayğısı barədə danışdı.

Tədbirdə Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olundu. Şagirdlərin dahi şəxsiyyət Heydər Əliyevə həsr etdikləri ədəbi-bədii kompozisiyalar, rəsm işləri, vətənpərvərlik mövzusunda səsləndirdikləri mahnılar, həmçinin ifa etdikləri rəqslər maraqla qarşılandı.

Tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsin müdiri Mehriban Vəliyeva   Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarix boyu yetişdirdiyi bənzərsiz şəxsiyyət kimi milyonlarla insanın qəlbində əbədi yaşadığını söylədi. Ulu Öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini deyən İdarə müdiri Ümummilli Liderin ideyalarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini diqqətə çatdırdı. Ümummilli Lider Heydər Əliyevin uğurlu həyat və fəaliyyətini təhsil müəssisələrində geniş təbliğ etmək məqsədilə keçirilən çoxsaylı tədbirlərdən, layihələrdən bəhs etdi.

 Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova dövlətin, dövlətçiliyin formalaşdırılmasında Ulu Öndərin xidmətlərindən bəhs edərək, bu istiqamətdəki fəaliyyətindən irəli gələn dəyərlərin qorunub saxlanılmasının vacibliyindən söhbət açdı. Bütün həyatı boyu Azərbaycanın gələcəyini düşünən Ulu Öndərin strateji yanaşmasının parlaq nəticələrinin hələ uzun illər müşahidə olunacağını qeyd etdi. Sevinc Süleymanova təhsil müəssisələrində “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərdən bəhs edərək, bu tədbirlərin Ümummilli Liderin zəngin siyasi irsinin, şərəfli həyat yolunun gənc nəslə çatdırılması baxımından əhəmiyyətli olduğunu vurğuladı. 

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.

Keçidlər